Zelenski yeni danışıqların başladığını elan etdi
Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə avropalı tərəfdaşlarla görüşlər keçirəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə, o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla danışıqlardan sonra özünün “Telegram” kanalında məlumat verib.
Dövlət başçısı bildirib ki, Kiyev Avropanın bütün proseslərdə iştirak etməsi və daha da güclənməsi üçün koordinasiyanı davam etdirəcək.
“Rüstəmə Yaxın Şərqdəki və Türkiyədəki dostlarımızla daha çox işləməyi tapşırdım ki, onlar da özlərini iştirakda hiss etsinlər və daha çox kömək edə bilsinlər”, - deyə Zelenski qeyd edib.
Aysel Mətləb