Zelenski Vaşinqtona gəldi

Zelenski Vaşinqtona gəldi
18.08.2025 09:54 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtona səfər edib. Bu gün onun ABŞ lideri Donald Tramp və Avropa ölkələrinin rəhbərləri ilə görüşü keçiriləcək.

TodayPress TV xəbər verir ki, Zelenski sosial şəbəkədə yaydığı açıqlamasında Trampa dəvət üçün təşəkkür edib və müharibənin tezliklə başa çatdırılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu addımı ilk növbədə Rusiya atmalıdır.

“Biz hamımız istəyirik ki, bu müharibə tez və etibarlı şəkildə başa çatsın və sülh uzunmüddətli olsun”, – Zelenski bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər