Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür etdi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür etdi
26.08.2026 23:38 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə dəstəyə görə Azərbaycana və bir sıra digər ölkələrə təşəkkür edib.

TodayPress TV xəbər verir ki, Zelenski bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Zelenski hər bir dəstək jestinin vacibliyini qeyd edib və müstəqilliyinin bərpasının 35-ci ildönümü günündə Ukraynanı xatırlayan ölkələrə təşəkkürünü bildirib.

"Ukrayna və ukraynalıları düşündüyünüz üçün minnətdarıq", - deyə o yazıb.

Qeyd edək ki, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzi bu ölkənin bayrağının rəngləri ilə işıqlandırılıb.

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər