Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi

Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi
03.08.2026 21:55 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ-dəki səfiri Olha Stefanişinanın vəzifədən azad edilməsi haqqında fərman imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Zelenskinin saytında dərc olunan sənəddə məlumat verilib.

"Olha Vitaliyevna Stefanişina Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin", - deyə bildirilib.

Yeni səfirin təyin olunması haqqında fərman yoxdur.

Xatırladaq ki, Stefanişina 2025-ci il avqustun 27-dən Ukraynanın ABŞ-dəki səfiri vəzifəsində çalışırdı.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər