Zelenski üçtərəfli görüşdən danışdı
Dünya
24.01.2026 21:05
"Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə BƏƏ-də keçirilən üçtərəfli görüş konstruktiv formatda keçib".
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb.
"Danışıqlar hər üç tərəfdən hərbi nümayəndələrin iştirakı ilə davam edib. Bu gün bizim tərəfimizdən Rüstəm Umerov, Kirill Budanov, Andrey Qnatov, David Araxamiya, Sergey Kislitsa və Vadim Skibitski, Amerika tərəfində isə Stiv Uitkov, Cared Kuşner, Den Driskol, Aleks Qrinkeviç və Coş Qrunbaum olublar. Rusiya tərəfindən hərbi kəşfiyyatın və onların ordusunun nümayəndələri iştirak edib. Müzakirələrin əsas diqqət mərkəzində müharibənin sona çatması üçün mümkün parametrlər olub", - deyə Ukrayna lideri bildirib.
O əlavə edib ki, Amerikanın müharibənin sona çatması və real təhlükəsizliyin qorunması prosesinin monitorinqi və nəzarətinə ehtiyac olduğunu qəbul etməsi yüksək qiymətləndirilir.
Türkan İsgəndərli
tag: Ukrayna,ABŞ,BƏƏ,Rusiya,Todaypress.tv,
