Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi!

Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi!
07.08.2026 20:52 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 7-də Serbiyaya səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə Zelenskinin açıqlamasında bildirilib.

Dövlət başçısı Serbiyaya gəldiyini təsdiqləyərək vurğulayıb ki, o, 7-8 avqust tarixlərində Serbiya Prezidenti Aleksandar Vuçiç və Baş nazir Curo Matsut ilə mühüm danışıqlar aparacaq.

Qeyd edək ki, bu, Volodimir Zelenskinin Ukrayna Prezidenti kimi fəaliyyətə başladıqdan sonra Belqrada ilk rəsmi səfəridir. Bundan əvvəl iki ölkənin liderləri müxtəlif beynəlxalq forum və sammitlər çərçivəsində bir neçə dəfə görüşüblər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər