Zelenski pul müqabilində bəzi ərazilərdən imtina edəcək?

Dünya

23.01.2026 15:11

Əbu-Dabidə danışıqlar zamanı müzakirə olunacaq sənədlər Kiyevin 800 milyard dollarlıq maliyyə yardımı və təhlükəsizlik zəmanətləri müqabilində bəzi ərazilərdən imtina etməsini nəzərdə tutur.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Rusiya, ABŞ və Ukraynanın danışıqlar qrupunun Əbu-Dabidə keçiriləcək ilk üçtərəfli görüşündə gələcək sülh müqaviləsinin əsasını təşkil edəcəyi planlaşdırılan dörd sənədin təqdim edilməsi gözlənilir. Onlardan biri Ukrayna qoşunlarının Donetsk bölgəsindən tamamilə çıxarılmasını nəzərdə tutur.

Bildirilib ki, kompensasiya olaraq Amerika tərəfi Ukrayna üçün 800 milyard dollarlıq maliyyələşdirmə proqramı ilə bağlı sənəd təklif etmək niyyətindədir və bu proqram Amerika investisiya şirkəti “BlackRock”un rəhbəri Larri Finkin rəhbərliyi altında həyata keçiriləcək. 

Qeyd edilib ki, Ukraynanın 800 milyard dollarlıq yenidənqurma proqramı hazırda yalnız kağız üzərində mövcuddur və real maliyyə resursları ilə dəstəklənmir.

Aysel Mətləb

TodayPress TV

tag: Əbu-Dabi,Zelenski ,Pul,Güzəşt,Todaypress.tv,