Zelenski Maskı “Azadlıq Ordeni” ilə təltif etdi

Zelenski Maskı “Azadlıq Ordeni” ilə təltif etdi
26.08.2026 15:17 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski “Tesla” və “Space X” şirkətinin rəhbəri İlon Maskı təltif edib.

TodayPress TV xəbər verir ki, Mask “Azadlıq Ordeni” ilə təltif olunub.

Zelenski İlon Maskı “Ukrayna və ABŞ xalqları arasındakı əlaqələrin inkişafı, insan həyatının və azadlıqlarının qorunmasında mükəmməl şəxsi müvəffəqiyyətlərə görə” təltif edib.

Qeyd edək ki, bu ilin əvvəlində İlon Mask Rusiyanın “Starlink” peyk-kommunikasiya şəbəkəsindən istifadə imkanlarını məhdudlaşdırıb.

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər