Zelenski ABŞ-yə yeni səfir axtarır: İki namizədin adı gündəmdə
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-dəkı yeni səfir vəzifəsinə iki əsas namizədi nəzərdən keçirdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, "RBC-Ukraine" mənbələrə istinadən yazır ki, namizədlər arasında Zelenskinin ofisinin rəhbərinin müavini Pavlo Palisa və keçmiş xarici işlər naziri Dmitri Kuleba var.
Məlumata görə, Palisanın əsas üstünlüklərindən biri ABŞ Prezidenti Donald Trampın onu Ukraynadakı “sevimli əsgəri” adlandırmasıdır. Bununla yanaşı, onun hazırkı vəzifəsinin də Kiyev üçün mühüm olduğu qeyd edilir.
Kulebanın isə diplomatik təcrübəsi onun namizədliyinin əsas üstünlüklərindən biri hesab olunur. Mənbələrə görə, hazırda səfir postu üçün hərbçilər, diplomatlar və siyasətçilər də daxil olmaqla bir neçə namizəd müzakirə edilir.
Bildirilir ki, hazırkı yüksək vəzifəli şəxslərdən birinin Vaşinqtona göndərilməsi Ukraynanın ABŞ ilə diplomatik əlaqələrində ciddi dəyişikliklərə səbəb ola bilər.
Türkan İsgəndərli