Zelenski ABŞ-ni Ukrayna və İran üzrə danışıqları paralel aparmağa çağırdı

Dünya

22.04.2026 22:40

“ABŞ həm Ukraynadakı, həm də İrandakı münaqişələrin nizamlanması üzrə danışıqları paralel aparmağın yolunu tapmalıdır.

TodayPress TV xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski “CNN”ə verdiyi açıqlamada bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, hazırda ABŞ ilə danışıqlar məsləhətləşmələr və telefon zəngləri səviyyəsində davam edir, lakin o, Kiyevin amerikalılarla görüş təşkil edə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, Zelenski "bu gün və ya sabah" görüşmək imkanını görmədiyini vurğulayıb, çünki ABŞ hazırda İranla danışıqlar aparır. Onun fikrincə, əvvəlcə Yaxın Şərqdəki vəziyyəti nizamlayıb, sonra Ukrayna üzrə danışıqlara başlamaq lazım olduğunu düşünmək çox risklidir.

"Ukraynanı bir az sonra müzakirə edəcəyimizi söyləmək variant deyil. Ukrayna “bir az sonra” deyil. Ukrayna onsuz da böyük bir faciə yaşayır, biz bununla paralel şəkildə məşğul olmağın yolunu tapmalıyıq", – deyə lider qeyd edib.

Aysel Mətləb

TodayPress TV

tag: Ukrayna,İran,Zelenski,ABŞ,TodayPress TV,