Zelenski 16 yeni səfir təyin etdi

Zelenski 16 yeni səfir təyin etdi
21.07.2025 12:52 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski 16 ölkəyə yeni səfir təyin edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə xarici işlər naziri Andrey Sibiqa ilə görüşdən sonra “Telegram” kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, uzun müddət davam edən kadr seçimi yekunlaşıb, amma səfirlərin adları və ölkələrin siyahısı hələ açıqlanmayıb.

Məlumata görə, ABŞ-yə səfir kimi sabiq vitse-premyer Olqa Stefanışina göndərilə bilər.

Britaniyada səfir olan, keçmiş baş komandan Valeri Zalujnının isə geri çağırılması mümkündür. O, cəmiyyətdə və orduda geniş dəstəyə malikdir və Zelenskinin potensial rəqibi kimi görülür.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər