Zaxarova Xəzəryanı ölkələrlə bağlı iclas keçirməyi təklif etdi

Zaxarova Xəzəryanı ölkələrlə bağlı iclas keçirməyi təklif etdi
22.08.2025 14:03 Dünya

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Xəzəryanı ölkələrin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan – xarici siyasət qurumlarının informasiya sahəsinə cavabdeh rəhbərlərinin görüşünün təşkilini təklif edib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, o, bu barədə Xəzər Media Forumunun iştirakçılarına videomüraciətində məlumat verib.

“Düşünürəm ki, Xəzər formatında informasiya işi ilə məşğul olan xarici siyasət idarələrinin rəhbərlərinin görüşü barədə düşünmək olar. Qarşıda duran ümumi vəzifələri nəzərə alaraq, əminəm ki, bir çox həmkarlarımız bizi dəstəkləyəcək”.

Diplomat qeyd edib ki, Xəzər regionunda media əməkdaşlığı sahəsində hələ tam istifadə olunmamış geniş potensial mövcuddur. Onun sözlərinə görə, bu ölkələr arasında artıq çoxsaylı ikitərəfli razılaşmalar mövcuddur və vaxtaşırı məsləhətləşmələr keçirilir.

“Yaxın günlərdə İranlı həmkarlarla da bu mövzuda bir görüşümüz oldu”, - deyə o əlavə edib.

Zaxarova həmçinin vurğulayıb ki, belə bir görüş keçmişdəki müsbət əməkdaşlıq təcrübəsinə əsaslanaraq gələcəyə doğru birgə addımların müzakirəsinə həsr oluna bilər.

Töhfə Səməd

XƏBƏR LENTİ
05 IYUN 2026
Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 Bütün Xəbərlər