Zaxarova: "Rusiya Kubadan turistlərin çıxarılması məsələsini izləyir"

Dünya

09.02.2026 23:25

“Rusiya səfirliyi təyyarələr üçün yanacaq çatışmazlığı səbəbindən Kubadan turistlərin çıxarılması ilə bağlı vəziyyəti araşdırır”. 

TodayPress TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib. 

“Səfirliyimiz Kubanın hakimiyyət orqanları, aviakompaniyalar və turizm operatorları ilə daimi əlaqədədir”, - deyə rəsmi nümayəndə bildirib. 

Xatırladaq ki, daha əvvəl Rusiya Tur Operatorları Assosiasiyası fevralın 9-da Havanaya planlaşdırılan "Rossiya" aviaşirkətinin reysinin ləğv olunduğunu bildirib. Sərnişinlərin sözlərinə görə, ləğv qərarı son anda, təyyarənin göyərtəsində olarkən verilib. Bu, müəyyən gərginlik və qeyri-müəyyənlik yaradıb. 

Aysel Mətləb

TodayPress TV

tag: Zaxarova,Rusiya,Kuba,Turist,Todaypress.tv,