Yunanıstanda etiraz aksiyaları keçirilir

Yunanıstanda etiraz aksiyaları keçirilir
15.10.2025 21:55 Dünya

Yunanıstanın paytaxtı Afinada insanlar 13 saatlıq iş gününün tətbiqinə etiraz edirlər.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, aksiya Afina Universitetinin rektorluğu qarşısında və Sintagma meydanında keçirilib. Minlərlə aksiyaçı yeni qanun layihəsinin geri götürülməsini tələb edib.

Onların əsas tələbi hökumətin qanun layihəsini ləğv etmək, etibarlı əmək müqavilələrinin tətbiqi, əməkhaqlarının artırılması və sosial təminatların qorunmasıdır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər