Yer kürəsini güclü maqnit qasırğası bürüdü
Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Ostorojno Moskva”ya fizika-riyaziyyat elmləri doktoru Sergey Boqaçev məlumat verib.
Onun sözlərinə görə, bu səviyyədəki hadisələr sonuncu dəfə 1 iyun tarixində müşahidə olunmuşdu. Hazırda Yer kürəsində “G3+” səviyyəsində maqnit qasırğası baş verir. O qeyd edib ki, bu qədər güclü fırtına üçün əvvəlcədən proqnoz verilməmişdi. Hazırkı vəziyyət qeyri-müəyyəndir və yaxın sutkalıq proqnoz yoxdur.
“Maqnit sahəsindəki vəziyyət ciddi şəkildə pozulub və bu da orta enliklərdə şimal işıqlarının yaranması üçün əlverişli şərait yaradır”, - deyə Boqaçev bildirib.
Aysel Mətləb