Yəməndə toqquşma: Ölənlər var

Yəməndə toqquşma: Ölənlər var
05.09.2026 17:10 Dünya

Yəmənin cənub-qərbində hökumət qüvvələri ilə husilər arasında şiddətli toqquşmalar baş verib.

TodayPress TV xəbər verir ki, "AFP" məlumat yayıb.

Bir neçə saat davam edən döyüşlərdə 26 hökumət əsgəri və 31 husinin döyüşçüsü öldürülüb.

Bundan başqa, hökumətin nəzarətində olan Taiz şəhərində avtobusa raket zərbəsi endirilib. Hücum nəticəsində 6 mülki şəxs ölüb, 7 nəfər yaralanıb.

Son günlər Taiz əyalətinin qərbində döyüşlər daha da intensivləşib. Husilərin Taiz şəhərini Qırmızı dənizdəki Mokha limanı ilə birləşdirən strateji yola nəzarəti ələ keçirməyə çalışdığı bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 SENTYABR 2026
Bütün Xəbərlər