“Yəmən qələbə qazandı”: Səudiyyə qüvvələri geri çəkildi
İranın ali dini liderinin müşaviri Məhəmməd Möhbər Yəmən xalqının “parlaq qələbə qazandığını və tarix yazdığını” bildirib.
TodayPress TV xəbər verir ki, bu açıqlama Yəmənin Səada şəhərində keçirilən genişmiqyaslı yürüşdən sonra səsləndirilib. Yürüş iştirakçıları Yəmən Silahlı Qüvvələrinin Səudiyyə hərbi qüvvələrinə qarşı əldə etdiyi nəticələri alqışlayıb.
Səada şəhərində keçirilən aksiyada iştirakçılar azadlıq şüarları səsləndirib və Yəmənin inqilab rəhbərliyi və Silahlı Qüvvələri ilə birlikdə mübarizəni davam etdirəcəklərini bildiriblər.
Yürüşün yekun bəyanatında Yəmən Silahlı Qüvvələrinin Təiz və Hudeydə əyalətlərində altı rayondan Səudiyyə qüvvələrini çıxarması “qələbə” kimi qiymətləndirilib.
Bəyanatda həmçinin Qəzza və Fələstinə, İrana və “Müqavimət oxu”na dəstək ifadə olunub. Səudiyyə Ərəbistanına qarşı “mühasirəyə mühasirə” və “eskalasiyaya eskalasiya” prinsipləri çərçivəsində hərbi zərbələrin dəstəkləndiyi bildirilib.
İştirakçılar Yəmənin hüquqları və tam suverenliyi təmin edilənədək Silahlı Qüvvələrə maliyyə və şəxsi heyətlə dəstək verməyə hazır olduqlarını açıqlayıblar.
Kübra Musayeva