ABŞ Rusiyanı G20 enerji nazirlərinin görüşünə dəvət etdi
ABŞ Rusiyanı Texas ştatının Hyuston şəhərində keçiriləcək G20 ölkələrinin enerji nazirlərinin görüşündə iştirak etmək üçün dəvət edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi “Reuters”ə açıqlamasında bildirib.
Məlumata görə, ABŞ administrasiyasının nümayəndəsi rusiyalı rəsminin Hyustonda keçiriləcək tədbirdə iştirak edəcəyini açıqlayıb.
G20 enerji nazirlərinin görüşünün sentyabrın 14-16-da keçirilməsi planlaşdırılır.
Aysel Mətləb