İraqda nəhəng PUA anbarı ələ keçirildi
İraqın Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri ölkənin qərbində yerləşən Ənbar vilayətində tərk edilmiş binalardan birində 47 ədəd istifadəyə hazır pilotsuz uçuş aparatı (PUA) və onların silahlandırılması üçün nəzərdə tutulan 46 sursat aşkarlayaraq müsadirə edib.
TodayPress TV xəbər verir ki, nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanları əldə edilən dəqiq kəşfiyyat məlumatları əsasında gizli anbarı müəyyənləşdirib. Ərazidə PUA-ların idarəetmə blokları, akkumulyatorlar və digər avadanlıqlar da aşkarlanaraq götürülüb.
Hazırda səlahiyyətli qurumlar müsadirə olunan materialların mənşəyini müəyyənləşdirmək və döyüş dronlarının gizli anbarının yaradılmasında iştirak edən şəxsləri müəyyən etmək üçün istintaq və texniki tədbirlər həyata keçirir.
Kübra Musayeva