Yaxın Şərqdən gələn xəbər nefti ucuzlaşdırdı
Brent markalı neftin qiyməti Yaxın Şərqdə münaqişənin deeskalasiyası ilə bağlı ümidlərin yenidən artması fonunda kəskin ucuzlaşıb.
TodayPress TV xəbər verir ki, avqustun 4-də keçirilən hərraclarda Brent neftinin oktyabr fyuçerslərinin qiyməti 4,83% azalaraq minimum 79,73 dollar/barel təşkil edib.
Neftin qiyməti sonuncu dəfə 13 iyul 2026-cı ildə 80 dollar/bareldən aşağı olub.
Kübra Musayeva