Yaponiyalı Toşiyuki Onuma ICAO Şurasının prezidenti seçildi

Yaponiyalı Toşiyuki Onuma ICAO Şurasının prezidenti seçildi
27.11.2025 05:44 Dünya

Yaponiyalı Toşiyuki Onuma Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti seçilib.

TodayPress TV-nin məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti xəbər verib.

T.Onuma üç illik müddətə, yenilənə bilən müddətə ICAO-nun idarəetmə orqanının rəhbəri seçilib. O, son altı ildə ICAO Şurasının prezidenti vəzifəsində çalışmış Salvatore Şakkitanonun yerinə 1 yanvar 2026-cı ildə vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, T.Onuma bu ilin yanvar ayında Yaponiyanın ICAO-dakı daimi nümayəndəsi təyin edilib. ICAO-nun baş katibi kolumbiyalı Xuan Karlos Salazardır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər