Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyada güclü zəlzələ baş verdi
09.11.2025 13:08 Dünya

Yaponiyanın şimal-şərqində 6,5 bal gücündə zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri İvate prefekturasının şərqində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Yaponiyanın şimal-şərq sahilləri üçün müvəqqəti sunami xəbərdarlığı edilib, lakin zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər