Yaponiya sahillərində güclü zəlzələ baş verdi
Yaponiyanın Honşu adasının şərq sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri təxminən 117.000 insanın yaşadığı İşinomaki şəhərindən 225 km cənubda, ocağı isə 10 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.
Aysel Mətləb