Yanacağa su qatıldı, Pezeşkian taksiyə mindi

Yanacağa su qatıldı, Pezeşkian taksiyə mindi
17.07.2025 17:04 Dünya

İran Prezidenti Məsud Pezeşkianın Təbriz şəhərinə qeyri-rəsmi səfəri zamanı onu müşayiət edən üç avtomobilin hamısı yolda xarab olub. Buna səbəb yanacağa su qatılması olub. Nəticədə dövlət başçısı səfərinin qalan hissəsini adi taksi ilə davam etdirib.

TodayPress TV xəbər verir ki, bu barədə “NasrNews” agentliyi məlumat yayıb.

Bildirilir ki, prezidentin avtomobilləri Qəzvin vilayətində dayanıb. Yoxlama zamanı məlum olub ki, həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqələrində satılan benzinin keyfiyyəti aşağı olub və tərkibində su aşkar edilib.

Agentliyin yazdığına görə, bu cür pozuntular daha əvvəl də qeydə alınıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər