Xameneinin cənazəsi ortada qaldı - ABŞ dəfnə icazə vermədi

Xameneinin cənazəsi ortada qaldı - ABŞ dəfnə icazə vermədi
08.07.2026 10:33 Dünya

İranın keçmiş Ali rəhbəri Ayətullah Əli Xameneinin nəşi ABŞ-nin son hücumları səbəbindən bir müddət İraqda saxlanıla bilər.

TodayPress TV xəbər veriri ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilir ki, iyulun 8-də ABŞ qüvvələrinin İran ərazilərinə (xüsusilə Hürmüz Boğazı yaxınlığındakı bölgələrə) endirdiyi yeni zərbələr fonunda Ayətullah Xameneinin nəşinin İraqdakı təşyi mərasimlərindən sonra İrana qaytarılması müvəqqəti təxirə salına bilər.

Qeyd edək ki, Xameneinin nəşi fevral ayındakı ABŞ-İsrail hücumları nəticəsində həlak olmasından sonra 4 aydan artıq xüsusi şəraitdə saxlanılıb. Hazırda nəş Nəcəf və Kərbəlada təşyi mərasimi üçün İraqdadadır.

İran rəsmiləri təhlükəsizlik vəziyyətini nəzərə alaraq nəşin qayıdış vaxtının dəyişdirilə biləcəyini bildiriblər. 

Mərasimin son mərhələsi Məşhəddə planlaşdırılır. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər