İranda boş qalan postlar dolduruldu - SİYAHI

İranda boş qalan postlar dolduruldu - SİYAHI
10.08.2026 19:43 Dünya

İranın Ali rəhbəri Müctəba Xamenei bir sıra yüksək rütbəli hərbi komandirləri vəzifəyə təyin edib.

TodayPress TV xəbər verir ki, təyinat aşağıdakı kimidir:

-General-mayor Əli Abdullahı Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib.

-Əmir Kiumərs Heydəri Baş Qərargah rəisinin müavini təyin edilib.

-General-mayor Əhməd Vəhidi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı təyin edilib.

-General-mayor Mustafa İzədi İslam İnqilabı Keşikçiləri Korpusunun komandan müavini təyin edilib.

-Höccətül-islam Taeb Məzlum Xalqların Bəsic Təşkilatının rəhbəri təyin edilib.

xxx

İranın Ali rəhbəri Müctəba Xameneinin bir neçə yüksək rütbəli hərbi komandirin təyin olunması ilə bağlı fərmanları yaxın saatlarda yayımlanacaq.

TodayPress TV xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Qeyd olunub ki, İranın hərbi və təhlükəsizlik strukturunda bir sıra yüksək vəzifələr, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müdafiə və kəşfiyyat nazirləri vəzifələri əvvəlki şəxslərin ABŞ-İsrail hava zərbələri nəticəsində öldürülməsindən sonra daimi təyinat olmadan qalıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər