Xaçaturyan TRIPP layihəsi üzrə qanunu imzaladı

Xaçaturyan TRIPP layihəsi üzrə qanunu imzaladı
11.11.2026 22:34 Dünya

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan noyabrın 10-da İrəvan və Vaşinqton arasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi ilə bağlı strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına dair qanunu imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl Milli Assambleya Ermənistan və ABŞ arasında imzalanmış “Tramp Marşrutu” (TRIPP) strateji infrastruktur və tranzit sazişinin ratifikasiyasına 63 lehinə, 32 əleyhinə və 0 bitərəf səslə razılıq verib.

Aysel Mətləb

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər