“WSJ”: Tramp Hörmüzün bağlanmasının risklərindən xəbərdar idi

Dünya

14.03.2026 18:35

ABŞ prezidenti Donald Tramp İranın hərbi əməliyyatlar başladıqdan sonra Hörmüz boğazını bağlaya biləcəyini bilirdi, lakin yenə də Amerika ordusunun tez bir zamanda qələbə qazanacağına ümid edərək hücum əmri verdi. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, hücumdan əvvəl Donald Tramp müşavirləri ilə ABŞ-nin İranı Hörmüz boğazını açmağa necə məcbur edəcəyini və gəmiləri dəniz yolundan müşayiət etmək üçün Hərbi Dəniz Qüvvələrindən necə istifadə edə biləcəyini müzakirə edib.     

Mənbələr həmçinin Ağ Ev lidrerinə boğazın mümkün bağlanması da daxil olmaqla bir neçə ssenarinin təqdim olunduğunu bildiriblər.   

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum ediblər. Buna cavab olaraq Tehran Hörmüz boğazından keçidi məhdudlaşdırıb və onu keçməyə çalışan gəmilərə hücum etməyə başlayıb.

TodayPress TV

tag: Tramp,ABŞ,İran,Hörmüz,Todaypress.tv,