Wi-Fi və diş məcunu qadağan ediləcək, vergilər silinəcək - "Məsih" peyda oldu

Wi-Fi və diş məcunu qadağan ediləcək, vergilər silinəcək - "Məsih" peyda oldu
17.11.2026 12:52 Dünya

Fransada özünü “Kosmik Məsih” adlandıran Silven Dürif 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürüb.

TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə fenomenə çevrilən Dürif 50 bəndlik seçki proqramında bütün vergilərin və vətəndaş borclarının ləğvini, həbsxanaların bağlanmasını, Wi-Fi şəbəkələri və LED lampaların, hətta diş məcunundan istifadənin qadağan edilməsini və Fransada monarxiyanın bərpasını vəd edib.

Qeyd edək ki, Dürif 2012-ci ildə dünyanın sonundan xilas olacaq yeganə məkan kimi təqdim etdiyi Buqaraş kəndi ilə bağlı iddiaları ilə tanınıb.

O, 2017-ci ildə də prezidentliyə namizəd olmaq istəsə də, tələb olunan 500 imzanı toplaya bilmədiyi üçün seçkilərə qatıla bilməyib. 2027-ci ildə rəsmi namizəd kimi qeydə alınması da sual altındadır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər