Vyetnamda yarım milyondan çox insan təxliyə edildi

Vyetnamda yarım milyondan çox insan təxliyə edildi
25.08.2025 10:47 Dünya

Vyetnam hakimiyyəti “Kajiki” tayfununun yaxınlaşması səbəbindən hava limanlarını və məktəbləri bağlayıb, əhalinin kütləvi təxliyəsinə başlayıb.

TodayPress TV xəbər verir ki, yerli hökumətin məlumatına görə, artıq 500 mindən çox insan təhlükəsiz zonalara köçürülüb.

“Kajiki” bu ilin ən güclü qasırğası kimi xarakterizə olunur və günün ikinci yarısında Vyetnam sahillərinə çatacağı gözlənilir.

Səhər saatlarında tayfunun Sakit okean üzərindəki küləyinin sürəti saniyədə 46 metrə qədər yüksəlib. Bu göstərici 5 ballıq Saffir-Simpson şkalası üzrə 2-ci kateqoriyaya uyğun gəlir.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər