Vyana məhkəməsi sabiq kanslerə bəraət verdi

Vyana məhkəməsi sabiq kanslerə bəraət verdi
26.05.2025 14:53 Dünya

Avstriyanın keçmiş federal kansleri Sebastyan Kurtsun yalan ifadə vermə ittihamı üzrə 8 ay şərti həbs cəzasına dair hökmü ləğv edilib və o, bəraət alıb.

TodayPress TV “TASS”a istinadən xəbər verir ki, bu barədə “Die Presse” qəzeti məlumat yayıb.

Vyana Cinayət İşləri üzrə Yerli Məhkəməsi Kurtsun apellyasiya şikayətini təmin edib. Lakin üç hakimdən ibarət məhkəmə heyəti kanslerin keçmiş aparat rəhbəri Bernhard Bonelli barəsində çıxarılan hökmü qüvvədə saxlayıb. Bonelli 6 ay şərti azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kurts bundan əvvəl digər iki ittiham üzrə də bəraət almış və sonuncu hökmü də apellyasiya qaydasında mübahisələndirəcəyini bildirmişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər