Vuçiçdən Zelenskiyə Aİ vədi: “Ukraynaya kömək edəcəyik”
Serbiya Ukraynanın Avropa İttifaqına mümkün qədər tez üzv olması üçün Kiyevə dəstək göstərəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra deyib.
O bildirib ki, ölkəsi Ukraynanın Aİ-yə sürətli üzvlüyünə kömək etmək üçün əlindən gələni edəcək.
Vuçiç Serbiyanın bu istiqamətdə Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
Türkan İsgəndərli