Vuçiç hakimiyyətdən gedir
Serbiya Prezidenti Aleksandar Vuçiç səlahiyyət müddətinin başa çatmasına az qaldığını bildirərək, yaxın müddətdə istefa verə biləcəyini istisna etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə "N1" telekanalı məlumat yayıb.
Bildirilir ki, Vuçiç bu açıqlamanı Çinə rəsmi səfəri zamanı verib.
Prezident həmçinin ölkədə davam edən etiraz aksiyalarına da münasibət bildirərək, mandatının tezliklə bitəcəyini vurğulayıb.
Qeyd edək ki, Aleksandar Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya Prezidenti seçilib. 2022-ci ildə ikinci müddətə yenidən prezident postuna gəlib. Onun hazırkı səlahiyyət müddəti 2027-ci ildə başa çatır.
Hazırda Serbiyada, xüsusilə Novi Sad hadisəsi fonunda başlayan kütləvi etirazlar fonunda siyasi gərginlik müşahidə olunur.
Türkan İsgəndərli