Voronejdə PUA hücumu: ölən və yaralananlar var - VİDEO
Rusiyanın Voronej vilayətinin Novousmanski rayonunda pilotsuz uçuş aparatlarının hücumu nəticəsində böyük logistika mərkəzinə məxsus iki anbarda yanğın baş verib.
TodayPress TV "Lenta.ru"ya istinadən xəbər verir ki, vilayətin qubernatoru Aleksandr Qusevin sözlərinə görə, hadisə zamanı dağıntılar altında qalan 49 yaşlı kişi ağır yaralanıb və xəstəxanada dünyasını dəyişib.
Daha iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Yanğın anbarlardan birində 16 min kvadratmetr, digərində isə 20 min kvadratmetr ərazini əhatə edib.
Hadisə yerində fövqəladə hallar xidmətləri işləyir.
Bildirilir ki, hücum nəticəsində üç yük maşını və bir minik avtomobili də dağıntılar altında qalıb.
Jalə Rövşən