Volodindən Yaponiyaya XƏBƏRDARLIQ: “Tarixinizi xatırlayın!”
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Yaponiyanı sərt şəkildə hədələyib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Volodin Yaponiyanın militarist keçmişini xatırlamağa çağıraraq bildirib ki, ölkə hazırda həmin dövrün ritorikasına qayıtmağa çalışır.
“Qoy, onlar bir daha öz tarixlərini xatırlasınlar. Militarist Yaponiyanın milyonlarla dinc sakinin ölümünə səbəb olduğu dövrü yada salsınlar. İndi yenidən həmin ritorikaya qayıtmağa çalışırlar. Buna ehtiyac yoxdur. Rusiya kimi nüvə dövlətini məğlub etmək mümkün deyil”, - deyə Volodin bildirib.
Kübra Musayeva