Vens Pakistana getdi
ABŞ nümayəndə heyəti İranla danışıqlar aparmaq üçün İslamabada gedib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Nəşrin məlumatına görə, nümayəndə heyətinə ABŞ-nin vitse-prezidenti Cey Di Vens rəhbərlik edir. Heyətin tərkibinə həmçinin prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner daxildir.
Qeyd edək ki, İran tərəfi daha əvvəl İslamabada gedib.
Jalə Rövşən