Vens Modi ilə telefon danışığı apardı - Nələr müzakirə olundu?
ABŞ vitse-prezidenti Cey Di Vens ilə Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı zamanı Vaşinqton və Yeni Dehli arasında əməkdaşlıq müzakirə edilib.
TodayPress TV xəbər verir ki, bu barədə N. Modi "X" sosial şəbəkə hesabında yazıb.
"ABŞ vitse-prezidenti Cey Di Vens mənə zəng etdi. Biz əsas sahələrdə Hindistan və ABŞ arasında hərtərəfli qlobal strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi yollarını müzakirə etdik", - deyə o bildirib.
Baş nazir, həmçinin ABŞ vitse-prezidentini və həyat yoldaşını oğullarının dünyaya gəlməsi münasibətilə təbrik etdiyini əlavə edib.
“The Times of India”nın yazdığına görə, Modi və Vens ticarət, müdafiə, texnologiyalar və faydalı qazıntılar sahələrində əməkdaşlıq barədə danışıblar.