Vaşinqtonda atışmada şübhəli bilinən şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünya
27.11.2025 11:00
Vaşinqtonda Ağ Evin yaxınlığında baş verən atışma ilə bağlı yeni detallar açıqlanıb.
TodayPress TV xəbər verir ki, "CNN" və "NBC News"un məlumatına görə, saxlanılan şübhəli əvvəllər Əfqanıstanda ABŞ-nin müxtəlif dövlət qurumlarında, o cümlədən kəşfiyyat sahəsində çalışıb.
ABŞ administrasiyası həmin şəxsin ölkəyə buraxılmasını onun hökumət strukturlarında keçmiş işi ilə əsaslandırıb. FTB hadisəni beynəlxalq terror aktı ehtimalı ilə araşdırır, motiv isə hələ müəyyən olunmayıb.
FTB direktoru Cash Patel bildirib ki, atışma federal hüquq-mühafizə orqanlarına hücum kimi qiymətləndiriləcək.
Hadisə noyabrın 26-da Ağ Evin yaxınlığında baş verib. Atışma nəticəsində Milli Qvardiyanın iki əməkdaşı yaralanıb, şübhəli isə saxlanılıb. ABŞ prezidenti Donald Tramp onun ağır yaralandığını açıqlayıb.
Qeyd edək ki, Tramp insidentdən sonra şəhərə əlavə təhlükəsizlik tədbiri kimi daha 500 Milli Qvardiya əsgərinin göndərilməsini istəyib.
Jalə Rövşən
tag: FTB,Vaşinqton,Atışma ,ABŞ administrasiyası,Todaypress.tv,
