Vaşinqton İraqı koordinasiya üçün məlumat verməyə çağırdı
Dünya
26.03.2026 20:00
ABŞ İranla əlaqəli qruplara yönəlmiş əməliyyatlar vaxtı İraqın təhlükəsizlik qüvvələrinin səhvən hədəf alınmasının qarşısını almaq məqsədilə onların koordinatlarını dəfələrlə Bağdaddan istədiyini, lakin İraq hökumətinin bu müraciətlərə cavab vermədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
"ABŞ Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, İraq rəsmiləri ilə koordinasiya prioritet məsələdir və İraq qüvvələrinin yeri barədə məlumatın istənilməsi təhlükəsizliyin artırılmasına, eləcə də yerlərdəki anlaşılmazlıqların qarşısının alınmasına yönəlib", - deyə kanal qeyd edib.
Məlumata görə, Bağdadın cavab verməməsinə baxmayaraq, ABŞ İranın dəstəklədiyi milislərin fəaliyyətinə qarşı mübarizədə İraq hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Eyni zamanda, ABŞ İraq təhlükəsizlik qüvvələrini hədəf aldığına dair ittihamları qəti şəkildə rədd edərək, iddiaları "tamamilə yalan" adlandırıb.
Aysel Mətləb
tag: ABŞ,İraq,Koordinasiya,İran,TodayPress TV,
