Vaşinqton hücumunda ittihamlar sərtləşdirildi

Dünya

29.11.2025 05:08

ABŞ-nin Kolumbiya dairəsinin prokuroru Jeanine Pirro Vaşinqtonda Milli Qvardiya üzvlərinə hücum edən şübhəli şəxslə bağlı ittihamların artırılacağını bildirib.

TodayPress TV xəbər verir ki, o, "Fox News"a açıqlamasında ilkin ittihamların yenidən təsnifləşdiriləcəyini deyib.

Xatırladaq ki, noyabrın 26-da Ağ Evin yaxınlığında baş verən atışma nəticəsində iki Milli Qvardiya üzvü yaralanıb. Şübhəli şəxs özü də yaralanaraq saxlanılıb.

Hadisədən sonra ABŞ Prezidenti Donald Tramp şübhəlinin Əfqanıstan mənşəli olduğunu açıqlayıb və ağır cəza alacağını bildirib.

Noyabrın 28-də Tramp yaralanan Qvardiya üzvlərindən birinin xilas edilə bilmədiyini, digərinin isə ağır vəziyyətdə olduğunu açıqlayıb.

Prokurorluq isə hücumla bağlı daha ağır maddələrin irəli sürüləcəyini qeyd edib.

Jalə Rövşən

TodayPress TV

tag: Ağ Ev,Vaşinqton,Atışma ,Əfqanıstan ,Todaypress.tv,