Uzaq şərqin ən böyük neft emalı zavodu partladı - VİDEO

Uzaq şərqin ən böyük neft emalı zavodu partladı - VİDEO
11.08.2026 08:45 Dünya

Rusiyanın Xabarovsk diyarında Uzaq Şərqin əsas yanacaq tədarükçülərindən biri olan Komsomolsk neft emalı zavodunda yanğın baş verib.

TodayPress TV xəbər verir ki, müəssisənin mətbuat xidmətinin məlumatına görə, yanğın zavodun köməkçi avadanlıqlarından birində başlayıb və artıq söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Zavodun fəaliyyəti dayandırılmayıb. Mətbuat xidməti yanacaq istehsalının tam həcmdə davam etdiyini bildirib. Yanğının başvermə səbəblərini araşdırmaq üçün müəssisədə xüsusi komissiya yaradılıb.

Bildirilir ki, yanğın “Rosneft”ə məxsus “RN-Komsomolsk NEZ” MMC-də baş verib. Zavod 1942-ci ildə fəaliyyətə başlayıb və ildə təxminən 8 milyon ton neft emal etmək gücünə malikdir.

Müəssisədə avtomobil benzini, dizel yanacağı, gəmi yanacağı və digər neft məhsulları istehsal olunur. Zavod Uzaq Şərqin əsas neft məhsulları tədarükçülərindən biri hesab edilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər