UTX Krımda Rusiyanın 3 helikopterini məhv etdiyini açıqladı
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım ərazisində Rusiya hərbçilərinə qarşı xüsusi əməliyyat həyata keçirdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 27-dən 28-nə keçən gecə Ukrayna xüsusi xidmət orqanları "Kirovskoye" hərbi aerodromuna hücum edib, aviasiya komponentlərinin yerləşdiyi yerlərə, hava hücumundan müdafiə vasitələrinə, sursat anbarlarına və s. zərbələr endiriblər.
"Mövcud məlumatlar “Mi-8”, “Mi-26” və “Mi-28” çoxməqsədli və zərbə helikopterlərinin, həmçinin "Pantsir-S1" özüyeriyən zenit-raket kompleksinin məhv edildiyini göstərir", - deyə UTX vurğulayıb.
Nicat Osman