Uşakov: "Putin-Uitkoff görüşü məhsuldar keçdi"

Uşakov: "Putin-Uitkoff görüşü məhsuldar keçdi"
07.08.2025 12:31 Dünya

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən görüş konstruktiv və işgüzar keçib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, görüşdə Ukrayna böhranının həlli ilə bağlı gələcək əməkdaşlıq müzakirə olunub. Uşakov əlavə edib ki, Rusiya-Amerika münasibətləri daha əvvəlki illərdən fərqli olaraq, qarşılıqlı faydalı əsasda inkişaf etdirilə bilər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər