Ulduz gəmisinin buraxılışı ikinci dəfə ləğv edildi

Ulduz gəmisinin buraxılışı ikinci dəfə ləğv edildi
26.08.2025 12:10 Dünya

Amerikanın “SpaceX” korporasiyası “Starship” kosmik gəmisinin uçuşunu yenidən təxirə salıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində məlumat verilib. 

Bildirilib ki, yenidən istifadə edilə bilən nəqliyyat sisteminin 10-cu uçuşu avqustun 25-i planlaşdırılsa da, yerüstü avadanlıqla bağlı problemlərə görə təxirə salınıb. Uçuş bir gün irəli çəkilsə də, avqustun 26-sı sınaq uçuşunun hava şəraiti ilə əlaqədar ləğv edildiyi açıqlanıb. 

Qeyd edək ki, “Starship” ölçü və kütlə baxımından rekord qıran təkrar istifadə edilə bilən super ağır daşıyıcıdır. Raket ilk dəfə  2023-cü il aprelin 20-də buraxılıb. 

Aysel Mətləb 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər