Ukraynaya ayrılan yardımla silah alınacaq
Dünya
23.04.2026 16:59
Avropa İttifaqı Ukraynaya ümumilikdə 90 milyard avro məbləğində kredit ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bu vəsaitin 60 milyard avrosu silah alınmasına, 30 milyard avrosu isə ölkənin büdcə ehtiyaclarına yönəldiləcək.
Aİ Şurasının açıqlamasına görə, bu kredit çərçivəsində alınacaq silahlar yalnız Avropa İttifaqına üzv ölkələrin hərbi-sənaye müəssisələrindən, Ukraynadan və ya Avropa Komissiyası ilə xüsusi razılaşması olan ölkələrdən əldə olunmalıdır.
Bildirilib ki, maliyyələşdirmə Ukraynanın müdafiə məhsullarına vaxtında çıxışını təmin etməyə yönəlib. Üçüncü ölkələr isə bu prosesdə iştirak etmək üçün ya xüsusi müqavilə bağlamalı, ya da müəyyən şərtləri yerinə yetirməlidir.
Qeyd edək ki, bu qərar Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketi ilə yanaşı qəbul olunub. Maliyyələşdirmə planı 2025-ci ilin dekabrında keçirilən sammitdə təsdiqlənib və 2026–2027-ci illəri əhatə edir.
Türkan İsgəndərli
tag: Aİ,Ukrayna,Yardım,Silah,Todaypress.tv,
