“Ukraynasız tam Avropa layihəsi mümkün deyil” – Zelenski
Dünya
23.05.2026 20:50
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqında (Aİ) tamhüquqlu şəkildə təmsil olunmasının vacibliyini vurğulayıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, videomüraciətində danışıb.
Zelenski bildirib ki, Ukrayna Avropa İttifaqına üzvlük prosesini sürətləndirmək üçün tərəfdaşlarla fəal diplomatik işi davam etdirir. Onun sözlərinə görə, Ukrayna həm öz həyatı və müstəqilliyi, həm də insanları, mədəniyyəti və sülhü qoruyan Avropa uğrunda mübarizə aparır.
“Ukraynasız tam Avropa layihəsi mümkün deyil”, – deyə Zelenski vurğulayıb.
Prezident həmçinin Ukrayna ilə bağlı danışıqlarda yeni klasterlərin açılmasının vacibliyini qeyd edib. O bildirib ki, ölkəsinin Aİ-də iştirakı tamhüquqlu olmalı, təhlükəsizlik və vətəndaşların maraqları naminə danışıqlar 100 faiz effektiv şəkildə aparılmalıdır.
Aysel Mətləb
tag: Zelenski ,Ukrayna ,Avropa ,İttifaq,TodayPress TV,
