Ukraynanın Belqoroda hücumu nəticəsində 4 mülki şəxs yaralandı
Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumu nəticəsində üç kişi və bir qadın yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov "Telegram" kanalında bildirib.
"Ukrayna Silahlı Qüvvələrinin bölgəmizə hücumları davam edir. Mina partlayıcısı və çoxsaylı qəlpə yaraları olan 3 nəfər təcili tibbi yardım briqadası və Orlan bölməsinin döyüşçüləri tərəfindən Volokonovsk Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb”, - deyə o bildirib.
Qubernatorun sözlərinə görə, kişilər Volokonovski rayonunun Verxnie Lubyanki kəndində iki pilotsuz təyyarənin müəssisənin dayanacağına zərbə endirməsi nəticəsində xəsarət alıblar.
Aynur TAC