Ukraynanın Baş naziri istefa verdi

Ukraynanın Baş naziri istefa verdi
15.07.2025 16:55 Dünya

Ukraynanın Baş naziri Denis Şmıqal istefa ərizəsi təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat verib. 

O, paylaşımında ölkənin müdafiəsində iştirak edən hərbçilərə və komandasına təşəkkür edib:

“Cəbhəni tutan və Ukraynanı qoruyan müdafiəçilərimizə, kişilərə və qadınlara təşəkkür edirəm. Güvəninizə görə Prezident Vladimir Zelenskiyə təşəkkür edirəm. Ölkəmiz üçün yorulmaz fəaliyyətinə görə bütün komandaya təşəkkür edirəm. Ukraynaya şöhrət olsun!”, – deyə o bildirib.

Şmıqalın Ukrayna Müdafiə Nazirliyinin rəhbəri təyin olunacağı gözlənilir.

Xatırladaq ki, o, 2020-ci ildən bu yana Ukraynanın Baş naziri vəzifəsində çalışırdı. Hazırda onun yerinə kimin təyin olunacağı ilə bağlı rəsmi açıqlama verilməyib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər