Ukraynalı deputat Aİ-nin qərarını tənqid etdi
Ukrayna Ali Radasının deputatı Dmitri Nataluxa Avropa İttifaqının Ukrayna kənd təsərrüfatı məhsullarının rüsumdan azad idxalını dayandırmaq qərarını kəskin tənqid edib.
TodayPress TV “Euractiv”ə istinadən xəbər verir ki, Nataluxa bu qərarın Ukraynanı “dilənçi vəziyyətinə” salacağını bildirib:
“Bu, axmaq bir vəziyyət yarada bilər. Biz Avropa qarşısında dayanıb pul dilənməli olacağıq, halbuki ticarətlə pul qazana bilərdik. Ukraynanı ticarət edən yox, dilənən ölkəyə çevirmək istəyirlər”.
Qiymət Mahir