Ukraynadan ETİRAF: Ən vacib raketlər çatışmır
Ukraynanın müdafiə nazirinin müşaviri “Fleş” ləqəbli Sergey Beskrestnov ballistik hədəflərin qarşısını almaq üçün istifadə olunan raketlərin çatışmadığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, müşavirin sözlərinə görə, Ukraynanın hazırda ballistik raketləri ələ keçirmək üçün kifayət qədər raket ehtiyatı yoxdur.
O bildirib ki, yaranmış çatışmazlığın əsas səbəblərindən biri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı hava hücumundan müdafiə raketlərinə tələbatın artması olub.
Rəsmi əlavə edib ki, bu vəziyyət Ukraynanın ballistik raket hücumlarına qarşı müdafiə imkanlarına təsir göstərir.
Kübra Musayeva